Goranboy və Naftalanın qaz təchizatında məhdudiyyət olacaq

Goranboy və Naftalanın qaz təchizatında məhdudiyyət olacaq

“Qaz İxrac” İdarəsinin Ağdaş Magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
 
"Azəriqaz" İstehsalat Birliyindən Maide.Az-a verilən məlumata görə, bu gün saat 12:00-dan 18:00-dək “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral qaz kəmərləri sahəsinin xidməti ərazisində olan hissəsində və “Goranboy” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
 
Təmir müddətində aparılan işlərin Goranboy və Naftalan rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür. /

Google+ WhatsApp ok.ru