Gürcüstana gedənlərdən bu sənədlər tələb olunacaq - SİYAHI 27 May 2020 15:48 Xəbərlər Gürcüstan ərazisinə daxil olan xarici ölkə vətəndaşlarından son 72 saat ərzində əldə edilmiş koronavirus PSR testinin neqativ cavabını təsdiqləyən sənəd və ya antikor test sertifikatı tələb ediləcək. Bu barədə “Anadolu” agentliyinə müsahibəsində Gürcüstanın Türkiyədəki səfiri Giorgi Cancqava bildirib. Onun sözlərinə görə, əcnəbi səyahətçilərdən əlavə olaraq koronavirus müalicəsini də əhatə edən tibbi sığorta, tibbi maskadan istifadə və termal yoxlanışdan keçmə tələb olunacaq. Qeyd edək ki, Gürcüstan əcnəbi turistlərin qəbuluna iyulun 1-dən başlamağı planlaşdırır. Teqlər : #Gürcüstana,#gedənlərdən,#sənədlər,#tələb,#olunacaq,#SİYAHI, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-da qaradərili vətəndaşın öldürülməsi etirazlara səbəb oldu - Video Ərzaqda idxaldan asılılığın artmasının səbəbləri