Gürcüstan Azərbaycanla viza rejiminə keçir?

 
Qonşu Gürcüstan bütün sferalarda islahatlar nəzərdə tutan “Avroassosiasiyanın yol xəritəsi”nin reallaşdırılmasına başlayıb. 
Maide.az-n məlumatına görə, söhbət əsasən qanunvericiliyin sadələşdirilməsi və Avropa normaları və institutlarının tətbiqindən gedir. 
 
Bu xüsusda Gürcüstan XİN-in Konsulluq Departamentinin direktoru Georgi Tabatadze bildirib ki, sentyabrın 1-dən əcnəbilər 180 günlük zaman müddətində ölkədə üst-üstə 90 gün qala bilərlər. Bu, o deməkdir ki, onlar istədikləri vaxt ölkəyə gələ və gedə bilərlər, ancaq qalma müddətləri 90 gündən artıq olmamalıdır. 
 
“Şengen zonası”nda da təxminən eyni norma qüvvədədir. Yeni norma Gürcüstana viza ilə və ya vizasız gəlməyindən asılı olmayaraq bütün əcnəbilərə şamil olunacaq. Tabatadzenin sözlərinə görə, Avropa Birliyi ölkələri, Türkiyə, Azərbaycan, Ermənistan və Rusiya vətəndaşları hələ ki, vizasız rejimdən istifadə edəcəklər. Ancaq onlar üçün 180 günlük məhdudiyyət ilk dəfədir ki, tətbiq edilir. Özü də vizasız rejim yalnız qısamüddətli səfərlərə aiddir, uzunmüddətli vizalar üçün (iş, təhsillə bağlı) Gürcüstanın müvafiq ölkədəki, o cümlədən Azərbaycandakı konsulluğunda viza almaq lazım gələcək.
 
“Vestnik Qagqaz”ın məlumatına görə, yeni qaydalar qonşu Azərbaycan və Ermənistanda narazılıq yaradıb. Bakı və İrəvan təkid edir ki, onlar Avropa İttifaqı ilə assosiativ sazişi imzalayanadək bu norma ikitərəfli qaydada, ayrıca tənzimlənsin. Ancaq rəsmi Tiflis buna gedəcəkmi? İş ondadır ki, “Yol xəritəsi”ini gerçəkləşməsi ləngiyərsə, Gürcüstan “Şengen zonası”na vizasız rejim mükafatından məhrum ola bilər. Musavat /
 

Google+ WhatsApp ok.ru