Gürcüstanda 175 məhbus əfv olunub, onların arasında azərbaycanlılar var

Gürcüstanda 175 məhbus əfv olunub, onların arasında azərbaycanlılar var

Gürcüstan prezidenti Georgi Marqvelaşvili 175 məhbusu əfv edib.
 
Əfv Komissiyasının sədri Zviad Koridze bildirib ki, 122 məhbus azadlığa çıxıb, 53 nəfərin cəzası müddəti azaldılıb.
 
Onun sözlərinə görə, siyahıda Gürcüstan vətəndaşları olan azərbaycanlılar, habelə Azərbaycan vətəndaşları var. 
 
Z. Koridze əfv olunanların arasında 14 qadının olduğunu bildirib. O qeyd edib ki, 12 qadın məhbus artıq cəzaçəkmə müəssisəsini tərk edib, daha iki nəfərin cəzası azaldılıb. (apa) /

Google+ WhatsApp ok.ru