Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı rayonda ilanların sayı çoxalıb

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı rayonda ilanların sayı çoxalıb

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunda ilanların sayı çoxalıb.
 
Rayon İcra Hakimiyyətindən APA-ya bildirilib ki, rayon mərkəzindəki evlərin çardaqlarında, kəndlərdə, yollarda, zirzəmilərdə, həyətyanı sahələrdə tez-tez gürzə ilanlarına rast gəlinir. Yerli sakinlər bununla bağlı aidiyyəti qurumlara şikayət edirlər. Onlarla şəxs ilan sancması şikayəti ilə xəstəxanaya daxil olub.
 
Rayon İcra Hakimiyyəti nəzdindəki Kommunal Xidmətin rəhbəri Şmaqi Svanidze özünün fasebook səhifəsində hətta gürzələrin avtomobillərin mühərrikinə soxulduğunu yazıb.
Hazırda rayon ərazisində zəhərli ilanlara qarşı mübarizə aparılır. Məlumata görə, rayon mərkəzində 24 saatlıq qaynar xətt fəaliyyət göstərir.
 
Qeyd edək ki, Bolnisi rayonu dağlıq ərazidə yerləşir. Rayon dağlar, qayalıqlar və meşələrlə əhatə olunub. /

Google+ WhatsApp ok.ru