Gürcüstanda  İmam Hüseynə (ə) əzadarlıq məclisi - FOTO

Gürcüstanda İmam Hüseynə (ə) əzadarlıq məclisi - FOTO

Bu gün (03.10.2016) Məhhərəm ayının ilk günü İslam Ümməti xüsusilə Əhli-beyt (ə) sevənlər məscid və hüseyniyyələrdə həzrət İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin mübarək xatirələrini əziz tutaraq əza məclisləri təşkil edirlər. 
 
Maide.Az xəbər verir ki, Marneuli rayonunun Qızılhacılı kəndində də Əhli-beyt(ə) sevənlər Qızılhacılı İmam Həsən (ə) məscidinə toplaşaraq kərbəla şəhidlərinə əza məclisi qurdular. 
 
Məclis, Məscidin İmam camaatı Məşədi Fuad İsayevin mübarək qurandan bir neçə ayəni qiraət etməsi ilə başlandı. Sonra məscidə toplanan əzadarlar İlahiyatçı Hacı Qurbanın həzrət İmam Hüseyn (ə) və kərbəla şəhidlərinə əza məclisində görülməsi gərək və fəzilət olan əməllərdən danışdı.
 
Məclisin sonunda mərsiyyə və rövzələr oxunub, sinə vuruldu. 
 
 
 
 

Google+ WhatsApp ok.ru