Gürcüstanda prezidentin kürəkəni güllələnib

Gürcüstanda prezidentin kürəkəni güllələnib

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin kürəkəni Mindiya Qoqoçuri ölkənin paytaxtı Tiflis şəhərində güllələnib.
 
Faktxəbər-in məlumatına görə, bu barədə "Rustavi" portalı yazıb.
 
Məlumatda bildirilir ki, Qoqoçuri ağır vəziyyətdə Respublika xəstəxanasının təcili tibbi yardım mərkəzinə çatdırılıb. Hazırda o, əməliyyat olunur.
 
Həmçinin məlumatda qeyd edilir ki, Qoqoçurinin özü polislər tərəfindən odlu silahın qanunsuz əldə olunmasında ittiham edilir.
 
Qeyd edək ki, ötən ilin yay aylarında ölkə prezidendi Georgi Marqvelaşvili kürəkənə sui-qəsd olunduğunu demişdi.
 

Google+ WhatsApp ok.ru