Gürcüstanda yeni əskinaslar dövriyyəyə buraxılacaq

Gürcüstan Milli Bankı bu ilin fevralında dövriyyəyə yeni 20, 50 və 100 lari əsginasları buraxacaq.
 
Bu haqda Milli Bankın prezidenti Georgi Kadaqidze bildirib.
 
Onun sözlərinə görə, yeni əsginaslar dövriyyəyə mərhələ-mərhələ buraxılacaq. Yeni pulların üzərində Gürcüstan maliyyə nazirinin imzası olmayacaq. Milli Bankdan bildirilib ki, yeni əsginaslar lazımi dərəcədə müdafiə olunur, hətta görmə qüsuru olanlar üçün də ayrıca elementlər həkk edilib.
 
Yeni əsginasların dizayneri Baçana Malazoniyadır. faktxeber/

Google+ WhatsApp ok.ru