Gürcüstan müsəlmanları internet televiziyası açdılar

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin nəzdində yaradılmış internet televiziyası www.muslimmedia.ge saytı üzərindən fəaliyyətə başlayıb. Bu barədə Maide.az-a BGMİ-dən məlumat verilib. 
Layihənin rəhbəri Vidadi Qurbanovun sözlərinə görə, verlişlər silsilə xarakter daşıyacaq və çalışılacaq ki, verlişlərdə mütəmadi olaraq cəmiyyətin dini, mənəvi zəmində maraqlandıran daha aktual mövzulara yer ayırılsın, Gürcüstanda keçirilən tədbirlər yayımlansın: "Ümid edirik ki, bu vasitə ilə maarifləndirmə və məlumatlandırma sahəsində dinimizə və cəmiyyətimizə az da olsa xidmət etmiş olarıq.
İlkin çəklişlər olduğuna üçün müəyyən texniki və s. qüsurlara görə üzr istəyirik. Ümidvarıq, rəy və təklifləriniz sayəsində günü-gündən daha da təkmilləşdirək."

Google+ WhatsApp ok.ru