Gözün buynuz qişasının ölkəyə idxalına icazə veriləcək 30 Mart 2017 01:00 Ölkə Azərbaycana gözün buynuz qişasının idxalına icazə veriləcək. Bu, bu gün Milli Məclisin Səhiyyə Komitəsində müzakirəyə çıxarılan və Milli Məclisə tövsiyə edilən “Mülki dövriyyəsinə yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklik barədə layihədə əksini tapıb. Layihəyə əsasən, gözün buynuz qişası Mülki dövriyyəsinə yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısında yer almayacaq. Komitədə “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklik barədə layihə də müzakirəyə çıxarılıb. Layihədə bu siyahıya gözün buynuz qişasının daxil edilməsi nəzərdə tutulur. Başqa sözlə, gözün buynuz qişası xüsusi icazə əsasında Azərbaycana idxal olunacaq. Hər iki layihə Mili Məclisə tövsiyə edilib. (apa) / Teqlər : #Gözün buynuz qişasının ölkəyə idxalına icazə veriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Cəlilabadda yeni sürüşmə sahələri yaranıb, evlər təhlükədə Güclü küləyə görə neftçilərin təxliyəsinə başlanıb