Gələn ildən Azərbaycanda müəllimlərin sertifikatlaşdırılmasına başlanacaq 25 Sentyabr 2018 01:00 Ölkə Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması sisteminin tətbiqinə 2019-cu ildən başlamaq planlaşdırılır. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib. C.Bayramovun sözlərinə görə, "Təhsil haqqında" qanuna edilən dəyişikliyə əsasən, müəllimlərin sertifikatlaşdırılması prosesi həyata keçiriləcək. Nazir hazırda işçi qrupun sertifikatlaşdırmanın qaydaları, onun keçirilmə ardıcıllığı üzərində iş apardığını da söyləyib. C.Bayramov hesab edir ki, sertifikatlaşdırma birdəfəlik proses olmamalıdır. Onun sözlərinə görə, hər bir müəllimin 5 ildən bir həmin sertifikatlaşdırmadan keçməsi nəzərdə tutulur: "Sertifikatlaşdırma nəticəsində biz daha dəqiq ölçmələr və daha detallı məlumatlar əldə edə biləcəyik. Həmin prosesin davamlı olması ona işarə edir ki, hər bir müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi bir stimul olacaq". Teqlər : #Gələn ildən Azərbaycanda müəllimlərin sertifikatlaşdırılmasına başlanacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda siqaret kötüyünü və qutusunu yerə atanlar 50 manat cərimələnəcək Magistr və doktorantlara ŞAD xəbər