Hərbiçilərimiz Tərtər cəbhəsində 40-dək erməni xüsusi təyinatlısını məhv ediblər 03 Avqust 2014 01:00 Ölkə Erməni silahlı bölmələrinin gizli düşərgəsini aşkarlayan hərbçilərimiz qəfil zərbə ilə düşməni darmadağın ediblər Avqustun 1-dən 2-nə keçən gecə cəbhənin Tərtər istiqamətində Azərbaycan və erməni silahlı bölmələri arasında baş vermiş şiddətli toqquşmanın təfərrüatları bəlli olub. Ərazinin müdafiəsinə cavabdeh olan hərbçilərin APA -nın cəbhə xəttinə ezam olunmuş əməkdaşına verdikləri məlumata görə, avqustun 2-nə keçən gecə Azərbaycan hərbçilərinin Tərtər rayonunun Seysulan kəndi istiqamətində həyata keçirdikləri preventiv tədbirlər nəticəsində ərazidə diversiya-təxribat törətməyə hazırlaşan erməni bölmələri məhv edilib. Belə ki, Azərbaycan hərbçiləri erməni silahlı bölmələrinin Seysulan istiqamətində - səngərdən bir qədər kənarda düşərgə saldıqlarını aşkarlayıblar. Düşərgəni aşkarlayan hərbçilərimiz qəfil hücuma keçərək, erməni xüsusi təyinatlılarının düşərgədəki 5 çadırını və nəqliyyat vasitələrini məhv ediblər. Atışmada düşmənin ümumilikdə 40 nəfərə yaxın itki verdiyi bildirilir. Döyüşdə Azərbaycan Silahlı Qüvvələri də 3 şəhid verib. Hərbçilərin sözlərinə görə, ermənilər hazırda həmin istiqamətə aparan bütün yolları bağlayıblar. Cəbhəyanı erməni kəndlərində təşviş müşahidə olunur. Apa / Teqlər : #Hərbiçilərimiz Tərtər cəbhəsində 40dək erməni xüsusi təyinatlısını məhv ediblər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müdafiə Nazirliyi: Sutka ərzində atəşkəs rejimi 190 dəfə pozulub “Milli-Mənəvi Dəyərlər” İB hicab məhbuslarını ziyarət edib (FOTO)