Hərbçilərimizdən yeni xəbər: Tovuzla sərhəddə 3 erməni kəndi boşalıb

Son vaxtlar Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttində atəşkəsin pozulması adi hala çevrilib

Təbii ki, bu, itkisiz ötüşmür. Baş verən hadisələrlə bağlı Azərbaycan ictimaiyyəti Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq məlumatlandırılır. Ancaq Ermənistan tərəfi cəbhə bölgəsində baş verən hadisələri öz cəmiyyətinə ya çatdırmır, ya da ötəri xəbərlərlə öz işini bitmiş hesab edir.

Bunu Modern.az saytının cəbhə xətinə ezam olunmuş əməkdaşı ilə söhbətlərində yüksək rütbəli hərbçilər deyiblər. Onların sözlərinə görə, Ermənistan nəinki itkilərinin sayını açıqlayır, hətta bu itkilərin hansı bölgədə baş verdiyi barədə də məlumat vermirlər. Hərbçilər deyiblər ki, Ermənistan tərəfi bundan əvvəl bir neçə dəfə itki verdiklər bölgənin adını çəkiblər və ardınca həmin bölgədə ciddi problemlər yaşanıb. Həmin əraziyə yaxın yerdə məskunlaşan ermənilər yaşadıqları bölgəni tərk edirlər. Artıq Tovuzla sərhəddə olan 3 erməni kəndi boşalıb.

Qarabağ bölgəsində isə Ermənistan hərbçiləri təşviş içindədirlər. Bunun qarşısını almaqdan ötrü Ermənistan ən yaxşı halda hər hansı əsgər itkisi barədə 1 həftə və ya 10 gün sonra məlumat verirlər. Ancaq bu itkinin yeri barədə məlumat vermirlər.

Tovuzda cəbhə bölgəsindəki hərbçilər əməkdaşımıza bildiriblər ki, bir neçə gün öncə cəbhə xəttində ermənilər atəşkəsi pozaraq məktəbyaşlı uşağı yaralayıblar, bir ədəd “VAZ-2107” markalı maşınımızı yandırıblar. Buna cavab olaraq düşmənin xeyli sayda hərbçisi məhv edilib, onlara məxsus olan texnika, “JEEP” markalı hərbi maşın yandırılıb.

Hərbçilər deyirlər ki, Ermənistanda cəmiyyət gerçəkliyi bilsə, ciddi pöroblem yarana bilər. Ona görə də qorxudan hər şeyi ört-basdır etməyə çalışırlar. Bu məsələdə bütün Ermənistan mətbuatı erməni təbliğat maşınının cızdığı xətdən kənara çıxmır. Əks halda hər gün neçə-neçə erməni hərbçilərinin döyüşdə öldürüldüyü barədə məlumat verilərdi. /

Google+ WhatsApp ok.ru