Həsən Ruhaninin gəlişinə bu yollar bağlanır - Siyahı 11 Noyabr 2014 02:00 Ölkə İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri ilə əlaqədar olaraq paytaxtın bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq. Maide.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən apa-ya verilən məlumata görə, İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Azərbaycana başlayan rəsmi səfəri ilə əlaqədar sabah saat 16.00-dan paytaxtın Yusif Səfərovi, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər, Azadlıq prospektləri, “Azneft” dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək. İdarənin sürücülərə müraciətində bildirib ki, göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən az istifadə etsinlər. Teqlər : #Həsən Ruhaninin gəlişinə bu yollar bağlanır Siyahı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 800 neftçiyə “qara kağız” gəldi Azərbaycanda qadınların neçə faizi siqaret çəkir?