Həzrət Zeynəbin (ə.s) teleserialının çəkilişi -TEZLİKLƏ

Həzrət Zeynəbin (ə.s) teleserialının çəkilişi -TEZLİKLƏ

İranda yaxın zamanlarda  Həzrət Zeynəbin (ə.s) teleserialının çəkilişi planlaşdırılır. 
 
Maide.Az İran mediasına istinadən xəbər verir ki, serialın çəkilişini tanınmış rejissor Seyyid Ziyauddun Dərri həyata keçirəcək. 
 
O, serilaın çəkilişini  İran dövlət teleradio şirkətinin  3-cü kanalının dəstəyi ilə çəkəcəyini açıqlayıb. 
 
Serial Həzrət Zeynəbin həyatı, islam tarixinin və şiəliyin ilk illərindən bəhs edəcək.
 
Rejissor serilanın 13 hissəli  olacağını açıqlayıb.  Teleserialın əsas hissəsi Aşura vaqiəsindən sonrakı zamanı, İmam Hüseynin (ə) yaxınlarının əsir götürülərək Şama aparılmasını və ardıcıl gələn hadisələri ehtiva edəcək.
 
Rejissor Z.Dərri  Həzrət Zeynəb (s.ə) teleserialının sennarisinin həm şiə və həmdə sünni tarixi mənbələrindən istifadə edilərək hazırlanacağını bildirib. 
 
Seyyid Ziyauddun Dərri indiyədək bir neçə tarixi serialların rejisorluğunu edib. 

 

Google+ WhatsApp ok.ru