Həbsdən olan Bəhreynli aktivist İnsan Haqları mükafatına namizəd göstərildi

Həbsdən olan Bəhreynli aktivist İnsan Haqları mükafatına namizəd göstərildi

Avropa Şurası İnsan Haqları komitəsi bəhreynli hüquqi aktivist Nəbil Rəcəbi “Vaclav Howell 2018” insan haqları mükafatına üç namizəddən biri olaraq seçib.
 
Maide.Az İQNA-ya istinadən xəbər verir ki, komitə Nəbil Rəcəbi həyat boyunca bütün təhdid və təhlükələrə baxmayaraq insan haqlarını müdafiə etdiyi üçün namizəd göstərdiyini açıqlayıb:
 
“Ona cəsarəti və israrına dərin hörmətimizi ifadə edirik. Biz bu mükafatı verərək dəstəyimizi və təşəkkürümüzü bildiririk”.
 
Mükafatın sahibi gələn il 16 martda Fransanın Strasburq şəhərində Avropa Parlamenntinin sessiyasında elan ediləcək. Qalibə 60 min avro mükafat veriləcək.
 
“Vaclav Hawel” mükafatı insan haqları və demokratiyanın müdafiəsində ictimai kütləni qiymətləndirmək məqsədilə 2013-cü ildən etibarən verilir.
 
Qeyd edək ki, Nəbil Rəcəb Bəhreyn hökumətinin ədliyyyə sisteminə və Səudiyyə Ərəbistanının Yəmənə hücumlarına qarşı məqalələr yazdığı üçün 5 il müddətinə həbs cəzasına məruz qalıb.

Google+ WhatsApp ok.ru