Həbsdə olan şairin səhhətində problem yarandığı deyilir

Həbsdə olan şairin səhhətində problem yarandığı deyilir

Həbsdəki satirik-şair Tofiq Həsənlinin səhhətində problemlərin olduğu bildirilir.
 
Məlumatı Meydan TV-yə şairin ailə üzvləri verib.
 
Bildirilir ki, 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan satiriklə telefonla danışıblar.
 
“Tofiqin səhhətində problemlər yaranıb. Onun kəskin ağrıları olur. Ürək nahiyəsində ciddi ağrıları var. Əl-ayağında qıcolmalar baş verdiyini deyir. Böyrəyin də şikayətlənir, onu incitdiyini söyləyir”,- ailəsindən deyiblər.
 
Ailə üzvlərinin sözlərinə görə, T.Həsənlinin müalicə və müayinə edilməsinə ehtiyac var və bunun üçün gərəkli addımları atacaqlar.
 
Satirik şairi Tofiq Həsənli 2016-cı il, avqustun 22-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il azadlıqdan məhrum edilib. Onun apelyasiya və kassasiya şikayətləri də təmin olunmayıb.
 
T.Həsənli KİV-də hakimiyyətin və dövlət məmurlarının ünvanına tənqidi pamfletləri ilə tanınır.
 
2005-ci ildə də o, narkotikə görə üç il azadlıqdan məhrum edilib. Amma 2007-ci ildə amnistiya ilə azadlığa buraxılıb.
 
T.Həsənli “Facebook” və “Youtube” hesablarında satiralarını yaymağa davam edib. 2015-ci ilin yanvarında, o, həbslə hədələndiyini bildirib, oktyabrda isə saxlanıb. Buna qədər onun xaricdən yayımlanan “Azərbaycan saatı” proqramında tənqidi şeirləri oxunurdu.

Google+ WhatsApp ok.ru