Həccdə olan zəvvarlarımızdan yeni xəbər var

Həccdə olan zəvvarlarımızdan yeni xəbər var

Səudiyyə Ərəbistanında Həcc ziyarətində olan Azərbaycanlı zəvvarların səhhəti yaxşıdır.
 
Məkkədə olan zəvvarlar avqustun 9-da Ərəfat dağına çıxacaq.
 
Avqustun 11-də bütün zəvvarlar qurbanlar kəsəcək. Avqustun 11-12-si və 13-də isə "Şeytan daşlama" ayini icra olunacaq.
 
Avqustun 22-dən 26-a qədər isə Azərbaycana dönüş başlayacaq. Zəvvarlar üçün AZAL milli aviaşirkətinin 6 təyyarəsi ayrılıb.
 
Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 (ötən il 1440) nəfərlik kvota ayrılıb. Bu il azırbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin qiyməti 4225 ABŞ dolları (ötən il 4150 dollar) təşkil edir.(report)
 

Google+ WhatsApp ok.ru