Həsən Ruhani: 'İran-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib' 24 Oktyabr 2019 13:15 Ölkə “Son 6 ildə Azərbaycan və İran arasında əlaqələr çox yaxınlaşıb”. APA-nın yerli bürosunun xəbərinə görə, bunu Azərbaycana səfərindən öncə hava limanında keçirdiyi mətbuat konfransında İran Prezidenti Həsən Ruhani deyib. O bildirib ki, İran-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. H. Ruhani son illər ərzində İran, Türkiyə və Rusiya, eləcə də İran, Azərbaycan və Rusiya arasında üçtərəfli görüşlərin əhəmiyyətindən danışaraq qeyd edib ki, İran regionda daha fəal siyasət yürütməyə davam edəcək. Teqlər : #Həsən,#Ruhani:,#'İranAzərbaycan,#münasibətləri,#strateji,#tərəfdaşlıq,#səviyyəsinə,#yüksəlib', Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabaha gözlənilən hava proqnozu açıqlanıb Bu gün Bakıda Qoşulmama Hərəkatının sammiti başlayır