Hacıbala Abutalıbov kadr dəyişikliyi etdi

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri vəzifəsinə Nailə Polad qızı Məmmədova təyin olunub. Bu barədə  N.Məmmədova özü məlumat verib.
 
O bildirib ki, BŞİH rəhbəri Hacıbala Abutalıbovun sərəncamına əsasən dünəndən vəzifəsinin icrasına başlayıb.
 
Xatırladaq ki, qurumun mətbuat xidmətinin keçmiş rəhbəri Nuranə Mərdanova mayın 12-dən təqaüdə göndərilib.
 

Google+ WhatsApp ok.ru