Hacıbala Abutalıbov milyonlarla manatı göyə sovurur

Xəbər verildiyi kimi Bakıda parkomatlar təkcə nağd ödənişləri deyil, həm də plastik kartları qəbul edəcək daha müasir parkomatlarla əvəz ediləcək. Məlumatlara görə, bu məsələyə Bakı Şəhər Icra Hakimiyyətində baxılır. Yaxın 3-4 ay ərzində parkomatların dəyişdiriləcəyinə başlanılması gözlənilir.
 
Araşdırmalarımız zamanı bəlli olub ki, Bakıda 1000-dən çox parkomat quraşdırılıb. Bir parkomatın qiyməti isə 5000 avrodur. Hesablamalar zamanı aydın olur ki, paytaxtda parkomatların quraşdırılmasına milyonlarla manat vəsait xərclənib.   Indisə daha bir neçə milyon xərcləyib yeni parkomatlar quraşdıracaqlar. Buna milyonlarla manat vəsaitin göyə sovrulmasından başqa ad vermək mümkün deyil. /

Google+ WhatsApp ok.ru