Hacı Məmmədov köçürüldü

Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında saxlanılan, paytaxtda adam oğurluğu və digər çoxsaylı ağır cinayətlər törədən mütəşəkkil dəstənin başçısı, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, ömürlük azadlıqdan məhrum edilmiş Hacı Məmmədovun səhhətində problem yaranıb.
 
Bu barədə Hacı Məmmədovun vəkili Afət Qazıyeva məlumat verib.
 
Vəkil bildirib ki, Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında saxlanılan H. Məmmədov səhhətində yaranan problemlə bağlı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb. Hazırda H. Məmmədov orada həkim nəzarətində saxlanılır: "Səhhətində problemlər yarandığından onu müalicə müəssisəsinə köçürüblər. Hazırda Hacı Məmmədov oradadır. Əlavə məlumat verə bilmərəm". /

Google+ WhatsApp ok.ru