Hacıqabul və Ağdaş magistral qaz kəmərlərində təmir aparılacaq

Hacıqabul və Ağdaş magistral qaz kəmərlərində təmir aparılacaq

Təmir müddətində işlərin iki rayonun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür
 
Dekabrın 14-də saat 10:00-dan 15:00-dək Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qaz İxrac İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Qubaxəlilli”, saat 10:00-dan 18:00-dək Ağdaş magistral qaz kəmərləri sahəsinin “Yaqublu” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
 
Maide.Az-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, təmir müddətində aparılan işlərin saat 10:00-dan 15:00-dək İsmayıllı rayonunun, 10:00-dan 18:00-dək Oğuz rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür. /

Google+ WhatsApp ok.ru