Hakimiyyət ölkə boyunca İnternetin kəsilməsinin səbəblərini açıqlaya bilmir

“İnternet Forum” İctimai Birliyi  bildirib ki,  noyabrın 16-da  bütün ölkə ərazisində İnternet təchizatı sahəsində ciddi problemin olması  ölkənin informasiya təhlükəsizliyi üçün ciddi təhlükədir.
 
Forumun bəyanatında deyilir ki, baş verən hadisə onu göstərir ki, atılan addımlar yetərli deyil və  ölkənin informasiya təhlükəsizliyi məsələsinə daha konseptual yanaşmaq vacibdir.
 
“ Hökumət  baş verənlərin təkrarlanmaması üçün  dərhal ciddi tədbirlər görməli, bu sahədə rəqabətli mühitin, alternativlər üzərində infrastrukturun formalaşması üçün tədbirlər görməlidir. İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin əsas tərkib hissəsidir”, - sənəddə qeyd olunur.
 
“İnternet Forum” bu kimi halların bir daha təkrarlanmaması üçün ən qısa 2-ci səviyyəli provayderlərin, daimi onlayn əlaqənin əhəmiyyətli olduğu qurumların da informasiya şəbəkəsinin alternativlər üzərində qurulmasının vacib olduğunu diqqətə çatdırır.
 
Qeyd edək ki, indiyədək hakimiyyət qəzanın səbəbləri və miqyası barədə açıqlama verməyib. DİN və FHN-in məlumatlarında Delta-Telekom-un texniki mərkəzində yanğınla bağlı xatırlatma yoxdur.
 
  Rabitə və yüksək texnologiyalar nazirinin vəzifəsini icra edən İltimas Məmmədov isə gülünc bəyanat verərək Azərbaycanda İnternetlə bağlı problemin olmadığını bildirib.
 
Eyni zamanda çoxsaylı dövlət və kommersiya qurumları ciddi problemlərin, xüsusən ödəniş sistemlərində problemlərin olduğunu bildiriblər ki, bu da müştərilərin pullarının itirilməsinə səbəb olub.
 
Güc qurumlarındakı məlumatlı mənbələr isə terror aktı versiyasını istisna etmirlər.contact /

Google+ WhatsApp ok.ru