Hava şəraiti qeyri-sabit keçəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
 
Maide.Az Milli Hidrometeorologiya Departamentinə istinadəın xəbər verir ki, aprelin 28-i axşama doğru qərb rayonlarından başlayaraq ayın sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı gözlənilir.
 
Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 5-10 dərəcə aşağı enəcək. 
 

Google+ WhatsApp ok.ru