Hava isinəcək

Fevralın 1-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.
 
Maide.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 3-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq.Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək./

Google+ WhatsApp ok.ru