Hava qeyri-sabit keçəcək - Nazirlikdən xəbərdarlıq 23 Oktyabr 2016 01:00 Ölkə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, oktyabrın 24-dən 26-sı gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu gündüz saatlarında 9-11 ° isti təşkil edəcək. Teqlər : #Hava qeyrisabit keçəcək Nazirlikdən xəbərdarlıq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah dağlıq və dağətəyi rayonlara sulu qar və qar yağacaq Dəmir, yoxsa elastik səddlər - Hansı daha çox can alır? - VİDEO