Hidrogen yanacağı ilə işləyən ilk hibrid tramvay istehsal edilib 29 Aprel 2016 01:00 Maraq dünyası Çində hidrogen yanacağı ilə işləyən dünyanın ilk müasir kommersiya hibrid tramvayı istehsal olunub. Maide.Az "İCTnews"-a istinadən yazır ki, yeni tramvay ətraf mühiti çirkləndirmir, səs-küyü azdır, bərpa olunan enerji mənbələrindən istifadə edir, eləcə də yüksək effektivliyə və digər müasir üstünlüklərə malikdir. Tramvayda maksimum enerji tutumlu batareyadan istifadə edilir. Bundan başqa, nəqliyyat vasitəsinin döşəmə hissəsi bütünlüklə aşağıda yerləşdirilib ki, bu da sərnişinlər üçün minəndə və düşəndə əlavə rahatlıq yaradır. Asanlıqla idarə olunan tramvayın salonunda yerlərin sayı müştərilərin sifarişinə görə dəyişə bilər. / Teqlər : #Hidrogen yanacağı ilə işləyən ilk hibrid tramvay istehsal edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “WhatsApp” yeni xüsusiyyətlər üzərində işləyir Dünyada ilk dəfə tam funksional elastik smartfon nümayiş etdirilib - VİDEO