Hikmət Hacızadə də Müsavatdan istefa verdi

Müsavat Partiyasında növbəti səs-küylü istefa gerçəkləşib. Modern.az saytı xəbər verir ki tanınmış müsavatçı Hikmət Hacızadı noyabrın 17-də təşkilatdan istefa verib. Hikmət Hacızadə bu haqda özünün Facebook səhifəsində məlumat verib:

"Yazıb sizə bildirirəm ki, partiyamızda söz azadlığının kobud və birtərəfli pozulmasına və fərqli fikrə düzümsüzlük kampaniyasına etiraz olaraq Müsavat Partiyasının üzvlüyündən istefa verirəm. Partiyada qalan qəlbən azad və fədakar insanlara mübarizələrində uğurlar arzulayıram. Bu andan qaranlıqlarla mübarizəmi təkbaşına davam edəcəm”-deyə H.Hacızadə bildirib.

Qeyd edək ki, bu gün Müsavat başqanlığına sabiq namizəd və Arif Hacılının barışmaz rəqibi Səxavət Əlisoy partiyadan xaric edilib. Bununla yanaşı, Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sabiq üzvü Əlövsət Talışxanlı da partiyadan istefa verdiyini bəyan edib. O, Müsavat Divanının Səxavət Əlisoyu partiya sıralarından xaric etməklə bağlı qərarına etiraz əlaməti olaraq istefa verib.  /

 

Google+ WhatsApp ok.ru