Hindistanda 30 nəfər ildırım vurması nəticəsində ölüb

Hindistanda 30 nəfər ildırım vurması nəticəsində ölüb

 
Hindistanın Orissa ştatında 66 nəfəri ildırım vurub. Nəticədə 30 nəfər ölüb, 36 nəfər xəsarət alıb.  
 
FaktXəbər-in verdiyi məlumata görə, hadisələr ştatın üç rayonunda qeydə alınıb.   
 
Xatırladaq ki, iyunun sonunda Hindistanın bir neçə şimal ştatında bir gecədə 100-dək insan ildırım vurması nəticəsində ölmüşdü. /

Google+ WhatsApp ok.ru