Hindistanda aramsız leysan 43 nəfərin ölümünə səbəb olub

Hindistanda aramsız leysan 43 nəfərin ölümünə səbəb olub

Hindistanın şimalındakı Uttar-Pradeş ştatında yağan aramsız leysan ciddi fəsadlara səbəb olub.
 
Maide.Az Trend-ə istinadla xəbər verir ki, daşqınlar nəticəsində azı 43 nəfər həlak olub.
 
Bundan başqa, leysan və daşqınlar infrastruktura ciddi ziyan vurub.
 
Hidrometeoroloqlar leysanın bu gün ərzində də davam edəcəyini proqnozlaşdırır.
 

Google+ WhatsApp ok.ru