Hindistanda güclü leysan yağışlarından 30 nəfər həlak olub

Hindistanda güclü leysan yağışlarından 30 nəfər həlak olub

Hindistanın şərqindəki Bihar ştatında güclü leysan yağışları zamanı son sutka ərzində azı 30 nəfər ölüb, onlarla insan xəsarət alıb.
 
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
 
Bölgədə tüğyan edən əlverişsiz hava şəraiti Hindistanda ənənəvi olaraq iyunun sonlarından sentyabr ayına qədər davam edən musson yağışları mövsümünün başlanğıcının göstəricisidir. Bundan əvvəl Biharda uzun müddət anomal istilik müşahidə olunub və son həftələrdə onlarla insan bu səbəbdən ölüb.
 
Ştat rəhbərliyi ölənlərin hər birinin ailəsinə, təxminən, 6 min dollar məbləğində təzminat ödənilməsinə dair göstəriş verib.
 

Google+ WhatsApp ok.ru