Hindistanda HHQ bazasına silahlı hücum olub

Ən azı dörd silahlı şəxs Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) Pakistan sərhəddinə yaxın Pəncab ştatında yerləşən Patxankot bazasına hücum edib.
Maide.az  xəbər verir ki, Yerli hakimiyyət orqanı nümayəndəsinin sözlərinə görə, 4-5 nəfər şəxs hərbi geyimdə bazanın içərisinə sızıb . Yaraqlılar baza ərazisinə keçmək üçün bir gün əvvəl oğurladıqları polis avtomobilindən istifadə ediblər. 
Hücum zamanı 2 yaraqlı və 2 təhlükəsizlik qüvvəsi həlak olub. Ilk Atışmanın Bakı vaxtı ilə gecə saat 3-də başladığı və hələdə davam etdirildiyi bildirilir. Həmçinin baza ərazisində olan vertolyot və təyyarələrin hücum zamanı zərər çəkmədiyi qeyd olunur. /
 

Google+ WhatsApp ok.ru