Hindistan `Kembric`ində Vəhdət Həftəsi qeyd edilib- FOTO

"Hindistan Kembrici" kimi tanınan Aliqar Musəlman Universitetinin (Aliqarh Muslim University) tələbələri  Peyğəmbərin (s) şərəfinə qeyd edilən Vəhdət Həftəsini geniş qeyd ediblər.
Maide.az  xəbər verir ki, bu münasibətlə tələbələr yürüş-mitinq təşkil ediblər. Yürüş-mitinq zamanı tələbələr əllərində "Biz Peyğəmbərimizi (s) valideynlərimizdən də çox istəyirik", "Ən yaxşı nümunə Peyğəmbərimiz Məhəmmədir (s)", "Bizim Peyğəmbərimiz (s) bizim şərəfimizdir" kimi şüarlar daşıyıblar.
 
Aliqar Musəlman Universitetinin əsası 1875-ci ildə qoyulub. Universitet 1920-ci ildən müstəqil universitet statusunu qazanıb. Hazırda universitetin 30 mindən artıq tələbəsi var. Universitetin məzunları arasında  Hindistan və Pakistanın xeyli sayda dövlət və hökumət rəhbərləri var. /
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru