Hiper (ifrat) inflyasiya təhlükəsi

Hiper (ifrat) inflyasiya təhlükəsi

"Novoye Vremya" qəzetində "İnflyasiya dalğası işə düşüb, hiperinflyasiya dağların arxasında deyil?" sərlövhəli məqalə diqqət çəkir.
 
Yazıda ölkədə gerçək inflyasiyanın həddi müəyyən edilməyə çalışılır.
 
Müəllifə görə, rəsmilərin etiraf etməməsinə baxmayaraq, ölkədə iqtisadi vəziyyət heç də ürəkaçan deyil: "Yeri gəlmişkən, nə qədər acı olsa və statistika sussa da, artıq inflyasiya deyil, hiperinflyasiya boylanır".
 
Daha sonra müəllif Dövlət Statistika Komitəsinin ölkə iqtisadiyyatındakı durum barədə martın 14-də yaydığı rəqəmlərə istinad edir. Yazıda deyilir ki, ölkədə istehlak malları və xidmətlər 12.5 faiz bahalaşıb. Üstəlik, müəllif rəsmi rəqəmlərin özünə belə şübhə ilə yanaşır: "Qiymət artımının qarşısının alınmaması artıq hiperinflyasiya əlamətləri olduğunu göstərir. Bir qədər öncə bu cəmi 11faiz idi. İndi isə artıq 12.5faiz-ə qalxıb. Bu hələ rəsmi statistikadır, qiymətlər isə daha sürətlə artır".
 
Müəllif qeyd edir ki, hiperinflyasiya sürətlə artan inflyasiyadır. Belədə qiymətlər 50 faizdən çox bahalaşır.
 
Yazıda vurğulanır ki, Novruz bayramı ərəfəsidir, bəzi məhsullar 100 faiz bahalaşıb və bu, hiperinflyasiyanın artıq qapını döydüyünü göstərir.
 
Müəllifin fikrincə, Azərbaycanda real illik inflyasiya 17-18 faiz həcmindədir.
 
Müəllif hesab edir ki, bundan sonra da islahatlar aparılmayacaqsa, iqtisadiyyat daha da kiçiləcək, əhalinin yoxsullaşması davam edəcək. /

Google+ WhatsApp ok.ru