Hökməli, Xırdalan və Sarayda işıqlar söndürülə bilər

Hökməli, Xırdalan və Sarayda işıqlar söndürülə bilər

Yaranmış narahatçılığa görə, “Azərişıq” ASC abonentlərindən üzr istəyir
 
Xırdalan şəhəri və Saray qəsəbəsinin elektrik enerjisi sistemində yanvarın 12-si saat 12:00-dan 15:00-a qədər qısamüddətli fasilələr yaranacaq. Bu barədə “Report”a
“Azərişığ”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
 
T.Mustafayevin sözlərinə görə, fasiləyə səbəb Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisi olan Hökməli qəsəbəsini elektrik enerjisi ilə təchiz edən 10 kV-luq “Hökməli” hava elektrik verilişi xəttində, Xırdalan şəhərinin bir hissəsini elektrik enerjisi ilə təchiz edən 6 kV-luq “BQF” hava elektrik verilişi xəttində və 6 kV-luq “Saray №2” hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləridir.
 
Yaranmış narahatçılığa görə, “Azərişıq” ASC abonentlərindən üzr istəyir. /

Google+ WhatsApp ok.ru