Hollandiyada bütün qatarlar külək enerjisinə keçib

Hollandiyada bütün qatarlar külək enerjisinə keçib

Yanvar ayının 1-dən Hollandiyada bütün qatarlar tam külək enerjisinə keçib. 
 
Bu barədə "The Guardian" qəzeti ölkənin "Nederlandse Spoorwegen" dəmir yol şirkətinə istinadən yazıb.  
 
Məlumatda bildirilir ki, külək enerjisinə 2018-ci ildə keçməyə planlaşdırılsa da, lakin mütəxəssislər bir il daha tez işləri tam yerinə qoya biliblər.
 
Həmçinin məlumatda qeyd edilir ki, bir külək mühərriyi qatarı 200 kilometrə kimi işıqla təmin edir.
 
Qeyd edək ki, Hollandiya qatarlarını tam külək enerjisinə keçirən ilk ölkə olub. (faktxeber) /

Google+ WhatsApp ok.ru