Hollivudun Bilal Həbəşi barədə çəkdiyi cizgi filmi nümayiş olunacaq 11 May 2017 01:00 Maraq dünyası İslam aləmində ilk azan verən müsəlman kimi tanınan Bilal Həbəşinin həyatından bəhs olunan "Azadlığın səsi - Bilal" animasiya filmi mayın 26-da nümayiş olunacaq. Xarici mətbuat xəbər verir ki, büdcəsi 30 milyon dollar olan filmi Hollivudda işləmiş 250 nəfərlik multiplikasiya qrupu hazırlayıb. Filmdə 1400 il əvvəldən günümüzə mesajlar verərək, bütün insanlığa inam, bərabərlik və azadlığın əhəmiyyəti xatırladılır. Barajoun şirkətinin hazırladığı filmdə, Bilal Həbəşinin uşaqlığı ilə başlayan azadlıq mübarizəsi izah olunacaq. Filmin 500 kinoteatrda ekrana verilməsi planlaşdırılır.(deyerler) Teqlər : #Hollivudun Bilal Həbəşi barədə çəkdiyi cizgi filmi nümayiş olunacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tutumu 27000 milliamper/saat təşkil edən ilk portativ akkumulyator təqdim edilib “Telegram”da zəng funksiyası aktiv edilib