Honkonqda minlərlə insan maska taxilmasının qadağan olunmasına etiraz olaraq küçələrə çıxıb

Honkonqda minlərlə insan maska taxilmasının qadağan olunmasına etiraz olaraq küçələrə çıxıb

Bazar günü leysan yağışlara baxmayaraq Honkonqda minlərlə insan küçələrə çıxıb.
 
Maide.Az BBC-ə istinadla xəbər verir ki, etirazçılar hökümətin qəbul etdiyi bütün növ maskaların istifadəsinə qadağan qoyan qanunun qəbul edilməsindən qəzəbləndiklərini bildiriblər.
 
Dövlət əleyhinə keçirilən aksiyada qarşıdurma yaranıb.  Nümayişçilər barrıkada qurublar, küçələrdə hərəkəti iflic ediblər, həmçinin Çin ilə əlaqədar olan şirkətin binasını partlatmağa cəhd ediblər.
 
Polis gözyaşardıcı qaz və dəyənəkdən istifadə edərək nümayişi dağıtmağa çalışıb.
 
Həbs edilənlərin üzlərindən maskalar zorla çıxarılıb.
 
Qarşıdurma zamanı çox sayda nümayışçi xəsarət alıb.

Google+ WhatsApp ok.ru