Hövsanda da aksiya oldu

Yanvarın 17-də, saat 11 radələrində Bakının Hovsan qəsəbəsinin sakinləri  işsizlik, sosial problemlərlə bağlı aksiya keçiriblər. Onlar avtobusların sonuncu dayanacağı olan dairəyə toplaşıblar.
 
Bu barədə Meydan TV-yə aksiya iştirakçıları məlumat verib. Bildirilir ki, aksiya yerinə dərhal 30-cu polis bölməsinin rəisi,  icra nümayəndəsi Ağasəlim Əliyev və 6-7 post patrul maşını gəlib. Etirazçılar tələblərini səsləndirdikdən sonra sakinlərdən bir necəsi Suraxanı rayon İcra Hakimiyyətinə yollanıblar. Aksiyaçılar bildiriblər ki, əgər bir həftə ərzində tələbləri yerinə yetirilməsə, gələn bazar günü təkrar aksiyaya başlayacaqlar.
 
Bundan sonra aksiya başa çatıb. Heç bir qarşıdurma olmayıb./
 

Google+ WhatsApp ok.ru