I Avropa Oyunları ilə əlaqədar sabahdan Bakının bəzi küçə və prospektləri bağlanacaq

Sabah, 12 iyun paytaxt Bakı I Avropa Oyunlarının açılışına ev sahibliyi edəcək.
 
Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən verilən məlumata görə, açılış mərasimi ilə əlaqədar paytaxtın bir neçə küçə və prospektlərində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
 
Beləliklə, sabah saat 16:00-dan gecə saat 02:00-dək nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı yollar aşağıdakılardır:
 
- Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək;
 
- Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək.

Google+ WhatsApp ok.ru