İŞID neft yataqlarından hər gün 3 milyon dollar gəlir əldə edir

İŞİD  terror qruplaşması ələ keçirdiyi neft yataqlarından hər gün orta hesabla 3 mln dollar gəlir əldə edir.

“RİA Novosti”-nin verdiyi xəbərə görə, bu barədə ABC News telekanalına müsahibəsində Dubayda fəaliyyət göstərən INIGMA analitik mərkəzinin tədqiqat layihələrinin rəhbəri, enerji məsələləri üzrə tanınmış ekspert Robin Mils bildirib.   

 Onun sözlərinə görə, bir müddət əvvəl yayılan açıqlamada bildirilmişdi ki, İŞİD terror qruplaşması neftin satışından hər gün 1 mln gəlir əldə edir. R.Milsin sözlərinə görə, bu məbləğə yalnız İraq ərazisindəki neft yataqlarından əldə olunan gəlirlər daxildir.

“Qeyd olunan məbləğə İŞİD-in Suriya ərazisindəki neft yataqlarından əldə etdiyi gəlirləri də əlavə edildikdə, terror qruplaşmasının gündəlik ümumi gəlirləri 3 mln dollar təşkil edir”, deyə ekspert vurğulayıb.  apa /

 

Google+ WhatsApp ok.ru