IŞİD Ramadidə 200 ailəni girov götürüb

İŞİD terror qruplaşması 200 İraqlı ailəni  Ramadinin şərqində giröv götürüb və onları İraq ordusunun hücumları qarşısında sipər kimi istifadə edir. Bunu əl-Anbar əyalət şurasının sədri Səbah Kərhut  deyib.  
Maide.az xəbər verir ki, S.Kərhut deyib ki, bu ailələr Ramadinin şərqində Əl-Sufiyə, əl-Sicariyə və Əl-Məziq bölgəsindədirlər. “İraq ordusu hücumları zamanı İŞİD terrorçuları ailələri evlərində qalmağa məcbur edirlər və onları ordunun hücumları zamanı sipər kimi istifadə edirlər”. 
S.Kərhut deyib ki, İŞİD ordunun Ramadi ətrafında təmizləmə işinə maneə törətmək istəyirlər. “Ordu çox diqqətlə çalışır ki, bu ailələrə ziyan dəymədən onları həmin bölgədən çıxartsınlar. Ordu Cümə axşamı günü aparılan əməliyyatlar zamanı 250 ailəni İŞİD terrorçularının əlindən xilas edib onları təhlükəsiz yerə köçürdüb.”
Ramadinin İŞİD terrorçularından təmizlənməsi əməliyyatı təqribən 2 ay öncə başladı. Bir neçə mərhələdə şəhərin ətrafı təmizləndi və ötən həftə İraq ordusu Ramadi şəhərinin içərisinə girdi və şəhəri azad etdi. 
Ramadi 2015-ci ilin  may ayında İŞİD tərəfindən işğal olmuşdu. /
 

Google+ WhatsApp ok.ru