Şimal bölgəsinin bəzi yaşayış məntəqələrinə qar yağıb

Azərbaycanın şimal bölgəsinin dağlıq ərazilərdə yerləşən bəzi yaşayış məntəqələrinə qar yağıb. Bu barədə APA-nın yerli bürosuna Quba Regional Hidrometeorologiya İdarəsində məlumat verib. Quba rayonunun Xınalıq kəndinə 15 santimetr, Qırızda 13 sm, Rükdə 10 sm, Qusarın Ləzə kəndində isə qarın qalınlığı 12 sm-ə çatıb.
 
Temperatur isə mənfi 2 dərəcəyədək enib. 

Google+ WhatsApp ok.ru