Şimal rayonlarına güclü qar yağır

Azərbaycanın şimal bölgəsinin bir sıra yaşayış məntəqələrinə qar yağır.
 
Maide.az bildirir ki, Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-a deyiblər ki, qar yağışı martın 15-i axşam saatlarından başlayıb. Ən çox yağıntı Qubanın Xaltan kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 19 santimetrə çatır. Xınalıqda 6, Qırızda 5, Xızının Altıağac qəsəbəsində 16, Qusarın Ləzə kəndində isə 15 santimetr qar yağıb. Bəzi dağlıq ərazilərdə temperatur mənfi 13 dərəcəyədək düşüb.

Google+ WhatsApp ok.ru