Çin ABŞ-a sərt xəbərdarlıq etdi 16 Sentyabr 2019 10:10 Xəbərlər Çin Xalq Respublikası Müdafiə Nazirliyi Amerika Birləşmiş Ştatlarına məxsus döyüş gəmisinin tez bir zamanda Cənubi Çin dənizini tərk etməsini tələb edib. Bununla bağlı Çin Xalq Respublikası Müdafiə Nazirliyi bəyanat yayıb. Bəyanatda vurğulanır ki, ötən həftənin cümə günü Çin hökumətindən icazəsiz şəkildə Cənubi Çin dənizinə daxil olan ABŞ-ın "Meyer" döyüş gəmisi hələ də bölgədədir. Diqqətə çatdırılıb ki, ABŞ sərbəst gəmiçilik bəhanəsilə Çinin suverenliyini pozur və təhdid edir. Qeyd olunur ki, ABŞ müvafiq addım atmasa, Çin sərt addımlar atacaq. /eastnews.org/ Teqlər : #Çin,#ABŞa,#sərt,#xəbərdarlıq,#etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyədə ard-arda iki güclü zəlzələ olub İngiltərədə müsəlmanların illik konfransı keçiriləcək