Çin Antarktidada aerodrom tikəcək - Gələn il

Çin Antarktidada aerodrom tikəcək - Gələn il

Çin Antarktidada aerodrom tikintisinə 2018-ci ildə başlayacaq. Trend-in məlumatına görə, bu barədə Çin Dövlət Okeanoloji İdarənin Qütb Tədqiqatları İnstitutunun direktor müavini Sun Bo bildirib.
 
S.Bo deyib: "İlk əvvəl aerodromda uçuş-eniş zolağı fəaliyyət göstərəcək, ona görə tikinti çətin olmayacaq. Bizə yalnız münasib sahəni seçmək və onu lazımi vəziyyətə gətimək lazımdır".
 
Onun sözlərinə görə, aerodrom Çinin "Çjunşan" arktik stansiyası yaxınlığında salınacaq.
 

Google+ WhatsApp ok.ru