Çində fırtına səbəbindən bir milyondan çox sakin təxliyə edilib

Çinin şərqində tüğyan edən güclü “Çan Hom” qasırğası səbəbindən bir milyondan çox sakin təxliyə edilib.  
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təbii fəlakət əsasən  Çjetszyan əyalətini əhatə edib. Məlumata görə, fəlakət zonasında leysan yağışlar və sürəti  saatda 160 km-dən güclü külək müşahidə olunur.

Yüzlərlə qatar və təyyarə reysi təxirə salınıb, yerüstü və dəniz nəqliyyatının hərəkəti məhdudlaşdırılıb.  Bölgənin bəzi yerlərində 400 mm-dək yağındı qeydə alınıb. /

 

Google+ WhatsApp ok.ru