Çində təkərsiz qatar istifadəyə verilib

Çində təkərsiz qatar istifadəyə verilib

Çində maqnit yastıqlı, enerjiyə qənaətli ilk qatar istifadəyə verilib. 

 
Verilən məlumata görə, yeni texnologiya 30 faiz enerjiyə qənaət etməyə imkan verəcək. 
 
Qatarın tərtibatı ilə layihələndirmə və istehsal ilə məşğul olan Çin şirkətinə məxsusdur. Analitiklərin hesablamalarına görə, belə bir qatarın hesabına illik olaraq 1 milyon dollar qənaət etmək mümkün olacaq.  
 
Xatırladaq ki, qatarın hərəkət zamanı yeni texnologiyadan istifadə edilir. Vaqonlarda təkər olmadığı üçün onlar havada asılı vəziyyətdə qalır. Bu onun sayəsində baş verir ki, dəmir yolu xəttində rels əvəzinə adi metal ötürücü, qatarın altında isə elektromaqnit sistemi quraşdırılıb. 
 
Daha bir maraqlı fakt ondan ibarətdir ki, qatar saatda 430 km yol qət edə bilir. (lent.az) /
 

Google+ WhatsApp ok.ru