Çində “WhatsApp” bloklandı - SƏBƏB

Çində “WhatsApp” bloklandı - SƏBƏB

Çin hökuməti Kommunist Partiyasının növbəti yerli qurultayı ərəfəsində “WhatsApp” messencerində məlumat göndərmək funksiyasını blok edib. 
 
“The New York Times” nəşrinin mütəxəssisləri iddia edirlər ki, Çində məlumatları nəzarətə götürən kriptoşifrələnmə texnologiyaları ilə müdafiə edilmiş xüsusi proqram təminatı yarada bilərlər. 
 
Bununla belə, nəşr tərəfindən rəyi öyrənilən digər mütəxəssis bildirib ki, çox güman ki, bir çox istifadəçilər hələ də resursa çıxışa malikdirlər. 
 
Maralıdır ki, iyul ayında KİV-lər yazırdılar ki, dünyanın ən populyar messencerinin çinli istifadəçiləri bu proqram vasitəsilə video və şəkillər, həmçinin audio məlumatların göndərilməsi imkansızlığı ilə üzləşiblər.(lent.az)

Google+ WhatsApp ok.ru